El-Klasiko təxirə salındı

İdman

18.10.2019 - 02:53

 "Barselona" etiraz aksiyaları üzündən bəzi çətinliklər yaşayıb

 

İspaniya La Liqasında X turun "Barselona" - "Real Madrid" matçı oktyabrın 26-dan dekabrın 18-nə təxirə salınıb. AYNA xəbər verir ki, bu barədə qərarı ötən gün yarışların keçirilməsi üzrə komitə qəbul edib.

 

Səbəb kimi Kataloniya paytaxtındakı etiraz və çaxnaşmalar göstərilib. Görüşün başlama saatı yaxın vaxtlarda müəyyənləşəcək.

 

Qeyd edək ki, "Barselona" etiraz aksiyaları üzündən artıq bəzi çətinliklər yaşayıb. La Liqada "Eybar"la növbəti matça komanda avtobusla yollanacaq. Hazırda "Real Madrid" 18 xalla birinci, "Barselona" 16 xalla 2-ci pillədədir.

 

Müəllif: Ayna.az