“Qarabağ” liderliyini möhkəmləndirib

İdman

12.04.2021 - 05:32

Beş qolun vurulduğu oyunda ağdamlılar 4:1 hesablı qələbə qazanıblar

 

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulub. AYNA xəbər verir ki, turun son matçında “Qarabağ” “Sumqayıt”ı qəbul edib.

 

Beş qolun vurulduğu oyunda ağdamlılar 4:1 hesablı qələbə qazanıblar.

 

Bu qələbədən sonra xallarını 46-ya çatdıran “Qarabağ” zirvədə bir qədər də möhkəmlənib. Komandanı ikinci sıradakı “Neftçi”dən 3 xal ayırır. “Sumqayıt” isə 29 xalla 4-cü pillədə qalıb.

Müəllif: Ayna.az