VİDEO "/>

"Qarabağ” növbəti mərhələdə! - <font color=red> VİDEO </font>

İdman

30.07.2021 - 00:35

Ağdam təmsilçisi rəqibini 1:0 hesabı ilə məğlub edib

 

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

 

AYNA xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən "Qarabağ" da səfərdə cavab matçında çıxıb.

 

İsraildə "Aşdod"un qonağı olan Ağdam təmsilçisi rəqibini 1:0 hesabı ilə məğlub edib. Bununla da iki oyunun nəticəsində görə Qurban Qurbanovun komandası növbəti mərhələyə adlayıb.

 

Qeyd edək ki, buna qədər Konfrans Liqasında digər təmsilçilərimiz "Keşlə" və "Sumqayıt" mübarizəni dayandırıb.

 

Avropa Konfrans Liqası

2-ci təsnifat mərhələsinin cavab oyunları

29 iyul

21:00. Aşdod - Qarabağ - 0:1

Qol: F.Ozobiç, 6

Baş hakim: Novak Simoviç (Serbiya).

Aşdod. “Jabotinski” stadionu.

İlk oyun – 0:0.

 

"Aşdod": 1. Yoav Cerafi, 3. Gil Kohen, 5. Nenad Cvetkoviç, 6. Abu Akal, 10. Mussa Baqayoko, 13. Montari Kamaheni, 15. Tom Ben Zaken, 23. Martin Raynov, 26. Abdul Zakariya Muges, 77. Yakov Brihon, 99. Oz Bilevi

 

Baş məşqçi: Ran Ben Şimon

 

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 6. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Xayme Romero, 19. Filip Ozobiç, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 81. Kevin Medina

 

Baş məşqçi: Qurban Qurbanov

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə