"Milan"ın baş məşqçisi koronavirusa yoluxub

İdman

15.11.2020 - 02:24

Piolidə xəstəliyin simptomları aşkarlanmayıb

 

İtaliyanın "Milan" klubunun baş məşqçisi Stefano Piolidə koronavirus aşkarlanıb.

 

AYNA klubun rəsmi saytına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssisin test nəticəsi müsbət olub. Piolidə xəstəliyin simptomları aşkarlanmayıb.

 

Onun köməkçilərində və futbolçularda testin nəticəsi mənfi olub. Komandanın bu günə planlaşdırılan məşqi ləğv edilib. Futbolçular bazar ertəsi bir araya gələcəklər.

Müəllif: Ayna.az