Premyer Liqanın daha bir oyunu təxirə salınıb

İdman

31.12.2020 - 02:56

Qarşılaşmanın yeni tarixi barədə məlumat verilməyib

 

Futbol üzrə İngiltərə Premyer Liqasının 16-cı turu çərçivəsində bu gün keçirilməli olan “Tottenhem” – “Fulhem” oyunu təxirə salınıb.

 

AYNA xəbər verir ki, qonaq komandanın heyətində koronavirusa yoluxma halları aşkarlandığı üçün matçın oynanılmaması qərara alınıb.

 

Qarşılaşmanın yeni tarixi barədə məlumat verilməyib.

 

Qeyd edək ki, daha əvvəl bu turun “Everton” – “Mançester Siti” görüşü eyni səbəbdən təxirə salınıb.

Müəllif: Ayna.az