Ağdam təmsilçisi bu qalibiyyətdən sonra xalını 30-a çatdırıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.
AYNA xəbər verir ki, sonuncu oyun günündə "Sabah" lider "Qarabağ"ı qəbul edib. Masazırdakı "Bank Respublika Arena"da baş tutan matçda qonaqlar qalib gəliblər - 1:0.
Xorvatiyalı Jelko Sopiçin meydan sahiblərinin baş məşqçisi postunda debüt etdiyi görüşün 74-cü dəqiqəsində Abdullah Zubir fərqlənib.
Ağdam təmsilçisi bu qalibiyyətdən sonra xalını 30-a çatdırıb. "Sabah" isə 13 xalla 6-cı sıradadır.
Qeyd edək ki, hesabat turunda "Qəbələ" "Zirə"yə 3:0, "Keşlə" "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəlib. "Səbail" - "Neftçi" qarşılaşması isə qolsuz bərabərliklə yekunlaşıb.