Azər Bağırov mövsümün sonunadək komandada çalışacaq
“Qəbələ” klubunun əsas komandasının məşqçilər korpusunda dəyişiklik baş verib.
AYNA-nın məlumatına görə, əyalət təmsilçisində yeni məşqçi təyinatı rəsmiləşib. Azər Bağırov mövsümün sonunadək komandada çalışacaq.
“Pro” kateqoriyasına malik olan 38 yaşlı mütəxəssis cari mövsümün əvvəlində I divizion təmsilçisi “Turan-Tovuz”un baş məşqçisi olub.
Qeyd edək ki, Azər Bağırov məşqçi karyerasında “Qaradağ Lökbatan” və MOİK klublarına da rəhbərlik edib.