“Barselona”nın prezidenti vəzifəsindən istefa verib

İdman

28.10.2020 - 05:27

Bartomeunun vəzifəsindən getməsi məsələsi Direktorlar Şurasının iclasında müzakirə edilib

 

İspaniyanın “Barselona” futbol klubunun prezidenti Xosep Bartomeu istefaya gedib.

 

AYNA "Report"a istinadən xəbər verir ki, bir gün əvvəl o, bunu səsvermə olmadan etmək istədiyini bildirib.

 

Müvafiq açıqlama Bartomeunun vəzifəsindən getməsi məsələsinin müzakirə edildiyi Direktorlar Şurasının iclasında verilib.

 

Bartomeunun 58 yaşı var. O, “Barselona”nın prezidenti vəzifəsinə 2014-cü ildə təyin edilmişdi.

Müəllif: Ayna.az