Qardaşı mərhum çempionla bağlı video paylaşdı

İdman

08.07.2019 - 17:28

İdmançının otağında onun indiyədək qazandığı uğurları əks etdirən medalları, kubokları, diplomları saxlanılır

 

Bir neçə gün öncə avtomobil qəzasında həyatını itirən Avropa və Dünya çempionu Fərhad Poladovun otağının görüntüləri yayılıb.

 

AYNA xəbər verir ki, görüntünü mərhum çempionun qardaşı Elçin Poladov sosial şəbəkədə paylaşıb.

 

Videoda aydın görünür ki, idmançının otağında onun indiyədək qazandığı uğurları əks etdirən medallar, kuboklar, diplomlar saxlanılır. İdmançının diplomları ona məxsus çarpayının üstünə düzülüb. Otağın baş köşəsindən isə üçrəngli Azərbaycan bayrağı asılıb.  

 

Qeyd edək ki, MMA üzrə dünya və Avropa çempionu Fərhad Poladov bir neçə gün öncə idarə etdiyi "Niva" markalı avtomobillə qəzaya uğrayıb. Qəza nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib.  

 

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə