Neymar Çempionlar Liqasının tarixinə düşüb

İdman

10.12.2020 - 06:53

28 yaşlı forvard daha öncə İspaniya "Barselona"sında 21 dəfə fərqlənib

 

UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin VI turunun Türkiyə "Başakşehir"i ilə oyununda het-trik edən Neymar Fransanın PSJ klubunun heyətində turnirdəki qollarının sayını 20-yə çatdırıb.

 

AYNA xəbər verir ki, braziliyalı hücumçu iki fərqli komandada 20 və daha çox qol vurmuş oyunçu kimi ÇL-in tarixinə düşüb.

 

28 yaşlı forvard Paris klubundan öncə çıxış etdiyi İspaniya "Barselona"sında 21 dəfə fərqlənib.

 

Qeyd edək ki, PSJ - "Başakşehir" matçı meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Müəllif: Ayna.az