44 yaşlı mütəxəssisin xəstəliyi simptomsuz keçirdiyi bildirilib
İspaniya millisinin və "Real Madrid"in sabiq futbolçusu Raul Qonsalesdə koronavirus aşkarlanıb.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, hazırda "kral klubu"nun ikinci komandası olan "Kastilya"ya başçılıq edən veteran hücumçu karantinə alınıb.
44 yaşlı mütəxəssisin xəstəliyi simptomsuz keçirdiyi bildirilib. O, Sequnda B-də "Xetafe"nin əvəzedici komandası ilə oyun zamanı texniki zonada yer almayacaq.
Qeyd edək ki, 1994-2010-cu illərdə "Real Madrid"in formasını geyinmiş əfsanəvi forvard 550 oyunda 228 qol vurub. İspaniya yığmasında 102 matç keçirmiş keçmiş hücumçu 44 dəfə fərqlənib.