"Liverpul" klublararası dünya çempionatının qalibi oldu

İdman

22.12.2019 - 08:25

Həkimlər Klinikalar SEO Xidməti

Futbol üzrə klublararası dünya çempionatı başa çatıb

 

Qətərdə futbol üzrə klublararası dünya çempionatının final oyunu keçirilib.

 

AYNA xəbər verir ki, Dohadakı "Halifa İnternational" stadionunda "Liverpul" və "Flamenqo" komandaları qarşılaşıb.

 

Matçın əsas hissəsində qapılara qol vurulmadığından əlavə vaxt təyin edilib. Qarşılaşmanın 99-cu dəqiqəsində Roberto Firmino topu "Flamenqo"nun qapısından keçirərək, "Liverpul"u hesabda ön çıxarıb - 1:0. Bu, matçda vurulan yeganə qol olub. "Liverpul" yeganə qolla klublararası dünya çempionatının qalibi olub. 

 

Bu, "Liverpul"un klublararası dünya çempionatının qalibi kimi ilk qələbəsi olub. 

 

Bununla da Qətərdə keçirilən futbol üzrə klublararası dünya çempionatı başa çatıb.

 

Qeyd edək ki, qarşılaşmanı Qətərdən olan hakimlər briqadası idarə edib.

Müəllif: Ayna.az