Millimizin Moldova yığması ilə oyununun hakimləri məlum olub

İdman

06.06.2021 - 17:49

Qarşılaşmanı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək

 

Azərbaycan millisinin Moldova ilə yoldaşlıq oyununun hakimləri bəlli olub.

 

AYNA xəbər verir ki, qarşılaşmanı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Marian Aleksandr Barbu olacaq. Ona yan xətt hakimləri qismində Vladimir Urzica və Mircea Orbulet kömək edəcəklər. Dördüncü hakim funksiyasını İon Orliç yerinə yetirəcək.

 

Qeyd edək ki, matç bu gün 20:00-da başlayacaq.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə