“Kral klubu” məşqlərə başlayır

İdman

03.05.2020 - 12:50

Klub üzvləri aralarında məsafə saxlayacaqlar

 

İspaniyanın “Real Madrid” klubu öz bazasında məşqlərin bərpasına qərar verib. AYNA xarici mediaya istinadən xəbər verir ki, mayın 11-də “Kral klubu”nun əməkdaşları və futbolçuları Valdebebasda toplaşacaqlar.

 

Futbolçular fərdi məşqlərə başlayacaqlar. Koronavirusa qarşı tədbir olaraq klub üzvləri aralarında məsafə saxlayacaqlar.

 

Qeyd edək ki, La Liqada cari mövsüm koronavirus səbəbindən təxirə salınıb. Çempionatın bərpası ilə bağlı dəqiq tarix isə hələlik məlum deyil.

Müəllif: Ayna.az