“Onun gözlərinə baxmağa cürət etmədim” - <font color=red> Messi</font>

İdman

10.04.2020 - 06:47

"O, artıq hamının tanıdığı çox bacarıqlı futbolçu idi və biz bir komandada idik"

 

“Barselona”nın kapitanı Lionel Messi sabiq komanda yoldaşı Tyerri Anridən danışıb.

 

AYNA "Qafqazinfo"ya istinadən xəbər verir ki, ulduz futbolçu açıqlamasında Anrinin 2007-ci ildə “Arsenal”dan “Barselona”ya gəldiyi zaman ondan çəkindiyini etiraf edib:

 

“Anri paltardəyişmə otağına girdiyi ilk gün onun gözlərinə baxmağa cürət etmədim. Onun İngiltərədə etdiyi hər şeyi bilirdim. O, artıq hamının tanıdığı çox bacarıqlı futbolçu idi və biz bir komandada idik. Anriyə heyran oldum, oyununu çox bəyəndim. Onun sayəsində mənim də oynamağım rahat idi. Onun oyununa baxanda görünürdü ki, hər şeyi təbii edir, lazımsız işlər görmürdü”.

 

Qeyd edək ki, Tyerri Anri 2007-2010-cu illərdə "Barselona"da çıxış edib və 80 oyuna 35 qol vurub.

Müəllif: Ayna.az