London derbisi: “Tottenhem” “Arsenal”dan güclü olub

İdman

12.07.2020 - 23:24

Həkimlər Klinikalar SEO Xidməti

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb

 

Futbol üzrə İngiltərə Premyer Liqasının 35-ci turunun mərkəzi qarşılaşması keçirilib. AYNA xəbər verir ki, turun mərkəzi görüşündə iki London təmsilçisi - “Tottenhem” və “Arsenal” komandaları üz-üzə gəlib.

 

“Tottenham Hotspur” stadionunda keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Arsenal” matçın 16-ci dəqiqəsində oyunda hesabı açıb. Aleksander Lakazett uzaq məsafədən baxımlı qola imza atıb. Qoldan üç dəqiqə sonra “Tottenhem” hesaba tarazlıq gətirib. Son Xın-Min fərqlənib. Fasilədən sonra hücumların artıran “Tottenhem” hesabda önə çıxıb. Tobi Alderveirel adını tabloya yazdırıb.

 

Bu qələbədən sonra xal ehtiyatını 52-ə çatdıran “Tottenhem” turnir cədvəlində 8-ci, “Arsenal” isə 50 xalla 9-cu yerdə qərarlaşıb.

Müəllif: Ayna.az