Mourinyo yüz milyon avrodan imtina edib

İdman

07.07.2019 - 18:30

Həkimlər Klinikalar SEO Xidməti

Portuqaliyalı futbol məşqçisi Joze Mourinyo Çinin "Quançjou Everqrand" klubuna məşqçilik etməkdən imtina edib.

 

AYNA xarici mediyaya istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssisə 100 milyon avro dəyərində müqavilə təklif edilsə də, o buna razı olmayıb. Məşqçi müqavilədən imtinaya, ailəsinin Çində yaşaya bilməməsini səbəb göstərib.

 

Qeyd edək ki, Mourinyonun son komandası İngiltərə "Mançester Yunayted"i olub. 2018-ci ilin dekabrında o vəzifəsindən istefa verib.

Müəllif: Ayna.az