Daha bir idmançı faciəylə üzləşib

İdman

02.07.2019 - 10:51

Məşhur idmançıya akula hücum edib

 

Avstraliyanın Sidney şəhərinin şimalındakı Manly çimərliyində səhərin erkən saatlarında dostları ilə birlikdə üzən məşhur üzgüçüsü Peter Şults akula hücumuna məruz qalıb.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, 54 yaşlı idmançının kürək, bel və sol ayağından yaralandığı bildirilir.

Son dakika… Ünlü yüzücü köpekbalığı saldırısına uğradı 
Öz fiziki imkanları hesabına yaxınlardakı bir qayaya çıxaraq xilas olan Şults təcili tibbi yardım dəstələrinin müdaxiləsinin ardından xəstəxanaya aparılıb. 

 
Dostlarının bildirdiyinə görə, idmançının vəziyyəti stabildir, huşu yerindədir. 

 

Şultsa hücum edən akulanın böyüklüyü və növü haqqında araşdırmaya başlayan şəxslər bölgədəki çimərliklərin ikinci xəbərdarlığa qədər bağlanıldığı bildirilib.

Qeyd edək ki, peşəkar okean üzgüçüsü Şults 2017-ci ildə İngiltərə və Fransa arasında olan La-Manş boğazını 11 saat 58 dəqiqəyə üzərək keçib.

Müəllif: Ayna.az