Türkiyə Avro-2020-nin final mərhələsində

İdman

14.11.2019 - 23:03

Türklər çempionatın final mərhələsinə vəsiqə qazanan növbəti komanda olub

 

Türkiyə milli komandası Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanıb. AYNA xəbər verir ki, türklər bu uğura İslandiya milli komandası ilə keçirilən oyunda nail olub.

 

Türkiyə millisi islandlarla baş tutan oyunda qələbə qazana bilməsələr də, əldə etdikləri 1 xal  onların köməyinə çatıb.

 

Beləliklə, türklər çempionatın final mərhələsinə vəsiqə qazanan növbəti komanda olub.

 

Qeyd edək ki, Türkiyədə baş tutan oyunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da stadiondan canlı olaraq izləyib.

Müəllif: Mərahim Nəsib