29 yaşlı cinah oyunçusu "Borussiya" ilə 4 illik sazişə qol çəkib
PSJ-nin müdafiəçisi Tomas Menyenin Dortmund "Borussiya"sına keçidi rəsmiləşib.
AYNA Apasport.az-a istinadən xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisi məlumat yayıb.
Fransa klubu ilə müqavilə müddəti başa çatdığı üçün azad agent statusu daşıyan 29 yaşlı cinah oyunçusu "Borussiya" ilə 4 illik sazişə qol çəkib. Belçika millisinin üzvünün keçidi almanlara havayı başa gəlib.
Qeyd edək ki, Tomas Menye 2016-2020-ci illəri PSJ-nin heyətində keçirib.