Azərbaycan idmançılar avropa çempionatından əli dolu qayıdıblar

İdman

02.09.2019 - 20:26

Azərbaycan komandası  5-i qızıl, 2-si gümüş, 5-bürünc olmaqla, ümumilikdə 12 medal qazanıb

 

26-31avqust tarixlərində Macarıstanın Györ şəhərində Kikboksinq üzrə WAKO avropa çempionati keçirilib.

 

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Ayna-ya verilən məlumata görə, yarışda 39 ölkədən 2000-dən artıq idmançı iştirak edib.

Azərbaycan komandası  kikboks federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov və gənclərdən ibarət yığma komandanın baş məşqçisi Hakim Haciyevin rəhbərliyi altında 29 idmançı ilə bu yarışa qatılıb.

Yarışın yekununda Azərbaycan komandası  5-i qızıl, 2-si gümüş, 5-bürünc olmaqla, ümumilikdə 12 medal qazanıb. 

Müəllif: Ayna.az