Azərbaycan idman ictimaiyyətinə itki

İdman

07.06.2020 - 13:04

Əlillər Futbol Federasiyasının prezidenti vəfat edib

 

Azərbaycan idman ictimaiyyətinə itki üz verib. AYNA bildirir ki, Əlillər Futbol Federasiyasının prezidenti Şaiq Həmidov bu gün vəfat edib. O, xərçəngdən əziyyət çəkirmiş.

 

9 oktyabr 1951-ci ildə Mingəçevirdə anadan olmuş Şaiq Həmidov 2018-ci ilin sonunadək Milli Paralimpiya Komitəsində vitse-prezident və baş katib vəzifələrində işləyib. Həmçinin o, son vaxtlaradək AFFA nümayəndəsi kimi Premyer Liqa oyunlarına təyinat alırdı.

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az