Teymur Rəcəbov Dünya Kubokunun bir addımlığında

İdman

27.09.2019 - 20:17

Bu qələbə T. Rəcəbova finala vəsiqə ilə yanaşı, 2020-ci ildə keçiriləcək İddiaçılar turnirində iştirak hüququ qazandırıb

 

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Dünya Kubokunun finalına yüksəlib. AYNA xəbər verir ki, 32 yaşlı qrossmeyster Rusiyanın Xanti-Mansiysk şəhərində keçirilən yarışın yarımfinalında fransalı Maksim Vaşye-Laqrava qalib gəlib. 

 

İlk oyunda heç-heçə edən təmsilçimiz ikinci partiyada rəqibini məğlub edib - 1,5:0:5. Bu qələbə T. Rəcəbova finala vəsiqə ilə yanaşı, 2020-ci ildə keçiriləcək İddiaçılar turnirində iştirak hüququ qazandırıb. 

 

Onun finaldakı rəqibi çinlilər - Dinq Liren və Yu Yanq Linin duelində bilinəcək. Klassik şahmatda 2 heç-heçə edən asiyalılar qalibi sürətli şahmatda müəyyənləşdirəcəklər. 

 

Qeyd edək ki, Dünya Kuboku oktyabrın 4-də başa çatacaq. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Yarışın mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaqlar.

Müəllif: Ayna.az