Türkiyə Bakıdakı ilk oyunda məğlub oldu

İdman

16.06.2021 - 22:28

Qarşılaşma Britaniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb

 

Futbol üzrə Avropa çempionatının A qrupunda II tura start verilib. AYNA-nın məlumatına görə, Türkiyə milisi Bakıda Uelslə üz-üzə gəlib.

 

Bakı Olimpiya Stadionunda (BOS) keçirilən qarşılaşma Britaniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə ilk qol birinci hissənin sonlarında vurulub. 43-cü dəqiqədə Aaron Remsi qapıçısı Uğurcan Çakırla təkbətək dueldən qalib ayrılıb. 90+5-ci dəqiqədə isə Konnor Roberts fərqi iki topa çatdırıb.

 

İkinci yarıda "ay-ulduzlular" daha fəal çıxış etsə də, bir neçə qol epizodunu boşa verib. 60-cı dəqiqədə Zeki Çelik cərimə meydançasının xətti üzərində Qaret Beylə qarşı kobudluq oynayıb. Qarşılaşmanın baş hakimi Artur Diaş 11 metrlik nöqtəni göstərib. Beyl 61-ci dəqiqədə penaltidən yararlana bilməyib və topu qapının üstündən vurub.

 

BOS-dakı ilk matçda İsveçrə ilə 1:1 hesablı heç-heçə edən Uels yığması qələbə sayəsində xallarının sayını 4-ə çatdırıb. Romadakı açılış qarşılaşmasında İtaliyaya 0:3 hesabı ilə uduzan Türkiyənin isə xalı yoxdur. Şenol Güneşin baş məşqçi olduğu komanda qrupdan çıxmaq şansını çətinləşdirib.

 

Qeyd edək ki, Türkiyə yığması iyunun 20-də Bakıda İsveçrə ilə qarşılaşacaq. İyulun 3-də BOS-da 1/4 final mərhələsinin bir oyunu da baş tutacaq.

Müəllif: Ayna.az