Almaniya "Bavariya"sına finalçı Fransa PSJ-si rəqib olub
UEFA Çempionlar Liqasında 2020/2021 mövsümünün son püşkatma mərasimi keçirilib. AYNA-nın "Report"a istinadən məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə ilk olaraq 1/4 finalın cütləri bəlli olub.
Püşkü Türkiyə millisinin sabiq futbolçusu, Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvü Hamit Altıntop çəkib.
Nəticədə ötən mövsümün qalibi Almaniya "Bavariya"sına finalçı Fransa PSJ-si rəqib olub.
Püşkatmanın nəticələri:
1/4 final
"Mançester Siti" (İngilərə) - "Borussiya" (Dortmund, Almaniya)
"Portu" (Portuqaliya) - "Çelsi" (İngiltərə)
"Bavariya" (Almaniya) - PSJ (Fransa)
"Real Madrid" (İspaniya) - "Liverpul" (İngiltərə)
Yarımfinal
1. "Bavariya" (Almaniya) / PSJ (Fransa) cütünün qalibi - "Mançester Siti" (İngilərə) - "Borussiya" (Dortmund, Almaniya)
2. "Real Madrid" (İspaniya) / "Liverpul" (İngiltərə) cütünün qalibi - "Portu" (Portuqaliya) / "Çelsi" (İngiltərə) cütünün qalibi
Final
1 cütünün qalibi - 2 cütünün qalibi
Qeyd edək ki, 1/4 finalın ilk oyunları 6 - 7 apreldə, cavab qarşılaşmaları isə 13 - 14 apreldə gerçəkləşəcək. Yarımfinalın ilk görüşləri 27 - 28 apreldə, cavab qarşılaşmaları 4 - 5 mayda olacaq.