AVRO-2020-nin rəsmi topu təqdim olundu - <font color=red> FOTO</font>

İdman

07.11.2019 - 03:39

Topun üzərində müxtəlif rəngli çalarlar var

 

2020-ci ildə baş tutacaq Avropa çempionatının rəsmi topunun təqdimat mərasimi keçirilib.

 

AYNA xəbər verir ki, qitə birinciliyində istifadə olunacaq top “Uniforia” adlanır.


 
“Adidas” tərəfindən hazırlanan idman ləvazimatının əsas rəngi ağdı. Amma topun üzərində müxtəlif rəngli çalarlar var.


 
Qeyd edək ki, AÇ-2020-nin matçları 12 şəhərdə, o cümlədən Azərbaycanın paytaxtı Bakıda keçiriləcək. Bakı Olimpiya Stadionu qrup mərhələsinin üç, 1/4 finalın 1 matçına ev sahibliyi edəcək.

 
Müəllif: Ayna.az