Qardaşı Maradonanı təhqir edən KİV-ləri məhkəməyə verib

İdman

17.12.2020 - 03:31

Uqo Maradona: "Maradona nə oğru, nə də vergidən yayınan olub"

 

Argentina millisinin sabiq kapitanı və baş məşqçisi Dieqo Maradonanın kiçik qardaşı Uqo Maradona İtaliyanın bir neçə kütləvi informasiya vasitəsini (KİV) Neapol məhkəməsinə verib.

 

AYNA-nın xarici mətbuata istinadən məlumatına görə, o, mərhum qardaşına qarşı təhqir və böhtanın artmasını əsas gətirərək, 100 000 avro məbləğində təzminat tələb edir.

 

U.Maradona bəzi KİV-ləri veteran hücumçunu gombul və oğru adlandırmaqda günahlandırıb: "Kiməsə bu adı qoymaq onun fiziki qüsurlu olmasına sataşmaqdır. Maradona nə oğru, nə də vergidən yayınan olub. Məhkəmənin bununla bağlı qərarı var. Onun vəkili olmuşam və nə dediyimi yaxşı bilirəm".

 

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də ürəktutmasından dünyasını dəyişib.

Müəllif: Ayna.az