Oyunlar boş tribunalar önündə keçiriləcək
Almaniya Bundesliqasında cari mövsümün bərpa tarixi müəyyənləşib. AYNA xarici mediaya istinadən xəbər verir ki, matçların mayın 15-i bərpasına qərar verilib.
Bu qərarın sabah Almaniya hökumətinin iclasında rəsmi olaraq elan ediləcəyi bildirilib.
Oyunların koronavirusun yayılmasının qarşısını almaq üçün boş tribunalar önündə keçiriləcəyi qeyd edilib.