Superkubok ləğv olunub

İdman

30.04.2020 - 05:37

Bu mövsüm kubok uğrunda "Barselona" və "Espanyol" mübarizə aparmalı idi

 

Kataloniya Superkuboku-2020 koronavirus pandemiyası səbəbindən ləğv olunub.

 

AYNA xəbər verir ki, bu barədə Kataloniya Futbol Federasiyasının saytı məlumat yayıb. Bu mövsüm kubok uğrunda "Barselona" və "Espanyol" mübarizə aparmalı idi.

 

Qeyd edək ki, ötən mövsüm superkuboku "Barselona"ya 1:0 hesabı ilə qalib gələn "Jirona" qazanmışdı.

Müəllif: Ayna.az