İspaniya klubunun bombardiri karyerasını bitirib

İdman

21.05.2020 - 01:39

Həkimlər Klinikalar SEO Xidməti

Aris Adurits XXI əsrdə "Atletik"in ən yaxşı bombardiridir

 

İspaniyanın "Atletik" (Bilbao) klubunun futbolçusu Arits Aduris peşəkar karyerasını başa vurub.

 

AYNA-nın məlumatına görə, ispan hücumçu qərarını sosial şəbəkə hesabı vasitəsilə açıqlayıb.

 

39 yaşlı forvard bildirib ki, futbolla vidalaşmağın vaxtı çatıb: "Əvvəldən sonadək unudulmaz və gözəl olan səyahətim başa çatır. Çox sağ olun", - təcrübəli oyunçu yazıb.

 

Qeyd edək ki, Aris Adurits XXI əsrdə "Atletik"in ən yaxşı bombardiridir. O, bu komandanın heyətində 172 qol vurub. İspaniya millisinin də formasını geyinmiş futbolçu 2015-ci ildə Bilbao təmsilçisi ilə ölkə Superkubokunun qalibi, 2014/2015 mövsümündə isə kubokun finalçısı olub. Adurits müxtəlif vaxtlarda "Real Valyadolid", "Malyorka" və "Valensiya" klublarında da çıxış edib.

Müəllif: Ayna.az