Futbolçu "Vest Hem"ın U-23 kollektivi ilə görüşdə rəqibini dişləyib
İngiltərə Futbol Assosiasiyası "Nyuport Kaunti"nin futbolçusu Rayan İnnissə rəqibini dişlədiyinə görə 5 oyunluq cəza verib.
AYNA xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının "Twitter" səhifəsinə məlumat verilib.
Qeyd edək ki, futbolçu "Vest Hem"ın U-23 kollektivi ilə görüşdə rəqibini dişləyib. Bu səbəbdən də o, 4:5 hesabı ilə uduzduqları Futbol Liqası Kuboku matçına görə cəzalandırılıb.
Futbolçuya əvvəlçə 3 oyunluq cəza verilsə də, sonradan bu, 5 oyuna yüksəldilib.