Luka üçün mövsüm bitdi

İdman

10.05.2020 - 23:09

Yoviçin durumuna aydınlıq gəlib

 

"Real"ın hücumçusu Luka Yoviçin durumuna aydınlıq gəlib. AYNA xəbər verir ki, həkimlər futbolçunun nə zaman yaşıl meydanlara qayıda biləcəyini açıqlayıb.

 

Evində məşq zamanı zədələnən və sağ ayaq oynaq sınığı aşkarlanan 22 yaşlı forvardın 3 aylıq sıradan çıxdığı müəyyənləşib. Bu isə o deməkdir ki, koronavirus pandemiyası səbəbindən dayandırılan La Liqada mübarizə bərpa olunsa belə, Serbiya millisinin üzvü üçün mövsüm başa çatıb.

 

Qeyd edək ki, Luka Yoviç cari mövsüm 15 oyunda 2 qol vurub.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə