Dövlət başçısı sərəncam imzalayıb
Prezident İlham Əliyev Hacımurad Qatsalovu mükafatlandırıb. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı imzalanan sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan və Rusiya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə Qatsalov Hacımurad Harumoviç “Dostluq” ordeni ilə təltif edilsin”.