Rəcəbov “Dünyanın qalan hissəsi”ndədir

İdman

06.05.2020 - 16:25

Azərbaycanlı qrossmeyster ABŞ və Rusiya yığmasına qarşı mübarizə aparacaq

 

Onlayn formatda keçirilən şahmat üzrə Millətlər Kubokunda bu gün III və IV turların görüşləri keçiriləcək. AYNA xəbər verir ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun da qatıldığı “Dünyanın qalan hissəsi” yığması III turda ABŞ komandası ilə mübarizə aparacaq.

 

T.Rəcəbovun birinci lövhədə Hikaru Nakamura və ya Fabiano Karuana ilə qarşılaşacağı gözlənilir.

 

IV turda “Dünyanın qalan hissəsi” komandası Rusiya yığması ilə qarşılaşacaq. Böyük ehtimalla Teymurun rəqibi Yan Nepomnyaşi olacaq. 

 

Qeyd edək ki, dünya yığması birinci turda Çin yığmasına 1:3 hesabı ilə məğlub olsa da, ikinci turda Hindistan komandası üzərində 2,5:1,5 hesablı qələbə qazanıb.

Müəllif: Ayna.az