İzmirdəki zəlzələyə görə futbol matçları təxirə salınıb

İdman

30.10.2020 - 18:52

Oktyabrın 31-də 4 görüşün keçirilməsi nəzərdə tutulmuşdu

 

Türkiyə Futbol Federasiyası İzmirdəki zəlzələ ilə bağlı bəzi oyunları təxirə salıb.

 

AYNA qurumun rəsmi saytına istinadən xəbər verir ki, Türkiyə Super Liqasının VII turunda keçirilməsi planlaşdırılan "Göztepe" – "Alanyaspor", I Liqada isə "Menemenspor" - "Ankaraspor" və "Altınordu" - "Bandırmaspor", III liqada isə "Berqama Belediyespor" - "KozanSpor" görüşləri təyin olunan vaxtda keçirilməyəcək.

 

Qeyd edək ki, 4 görüşün hamısı oktyabrın 31-də baş tutmalı idi.

Müəllif: Ayna.az