Daha bir Avropa ölkəsi futbol çempionatını bərpa edir

İdman

15.05.2020 - 14:07

Oyunlar azarkeşsiz keçiriləcək

 

Futbol üzrə Estoniya çempionatı ilə bağlı qərar verilib. AYNA xarici mediaya istinadən bildirir ki, Estoniyada yüksək dutbol liqasının bərpa edilməsi qərara alınıb.

 

Liqanın mayın 19-da bərpa olunacağı bildirilib. Oyunlar azarkeşsiz keçiriləcək. Futbolçular, məşqçi və texniki heyət, eləcə də hakimlər briqadası yoxlanılaraq meydana buraxılacaqlar.

 

Xatırladaq ki, Estoniya çempionatı pandemiya səbəbindən birinci turun oyunlarından sonra dayandırılmışdı.

Müəllif: Ayna.az