“Qarabağ” - “Qəbələ” qarşılaşmasında qalib müəyyənləşmədi

İdman

20.12.2020 - 19:51

Ağdam klubu Qəbələdən 1 xalla dönüb

 

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun oyunları başlayıb. AYNA-nın xəbərinə görə, günün ilk oyununda “Qəbələ” “Qarabağ”ı qəbul edib.

 

Qəbələ şəhər stadionundakı qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Bu nəticədən sonra xallarının sayını 20-yə çatdıran və ən yaxın izləyicilərindən bir oyun az keçirən Ağdam klubu liderdir. “Qəbələ” isə 12 xalla hələ ki, 6-cı sıradadır.

 

Qeyd edək ki, oyundan öncə komandalar Vətən müharibəsində şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Bununla yanaşı, oyunçular meydanda üzərinə “Qələbəni bizə yaşadanları yaşat” yazılmış plakat qaldırıblar. Bununla futbolçular diqqəti “YAŞAT” Fonduna ianə köçürülməsi üçün çağırış etmiş olublar.

Müəllif: Ayna.az