Əvvəlki müqavilə cari mövsümün sonuna qədər idi
Almaniyanın "Bavariya" klubu baş məşqçi Hans Fliklə yeni müqavilə imzalayıb.
AYNA Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssisin sözləşməsinin müddəti 2023-cü ilin yayınadək uzadılıb.
Onun Bundesliqa klubu ilə əvvəlki müqaviləsi cari mövsümün sonuna qədər idi.
Qeyd edək ki, Hans Flik "Bavariya"nın baş məşqçisi vəzifəsində xorvatiyalı Niko Kovaçı əvəzləyib.