“Real” səfərdə “Atletik”ə qalib gəldi

İdman

05.07.2020 - 23:51

Görüş madridlilərin minimal hesabla qələbəsi ilə başa çatıb

 

Futbol üzrə İspaniya La Liqasının 34-cü turunun növbəti oyunu keçirilib. AYNA xəbər verir ki, lider “Real Madrid” səfərdə “Atletik Bilbao” klubunun qonağı olub. Görüş madridlilərin minimal hesabla qələbəsi ilə başa çatıb - 1:0. Oyunda yeganə qolun müəllifi 73-cü dəqiqədə Serxio Ramos olub.

 

Bu qələbə sayəsində “Real Madrid” xal ehtiyatını 77-ə çatdıraraq turnir cədvəlində əsas izləyici “Barselona”dan 7 xal irəli keçib. “Atletik Bilbao” isə 48 xalla 8-ci yerdə qərarlaşıb.

 

Müəllif: Ayna.az