Müəllimlər müəllimi işsiz qalıb, nazirlik isə "pul söhbətidir" deyir

İdman

22.07.2019 - 22:15

“Yeni müqaviləyə görə, o, tələbələrinə məşqi pulsuz keçəcək və kompleksdən əmək haqqı alacaq"

 

"Azərbaycanda idman günü-gündən inkişaf edir". Bu ifadə idman haqqında danışılanda ən çox istifadə edilən fikirdir. İdmanın inkişafı üçün həmin idman növünü dərindən bilən idman müəllimləri olmalıdır. Mütəxəssislər isə, illərlə qazandıqları təcrübələrini tələbələri ilə bölüşmək üçün zallar olmalıdır.

 

AYNA-ya müraciət edən Tapdıq Əkbərov uzun illər Ağcabədi rayonunda taekvando müəllimi işləyib. Ancaq o, idmanın inkişafı üçün illərini versə də, qarşısına ciddi problem çıxıb. Ona görə də bizdən kömək istəyir.

 

Tapdıq Əkbərov əvvəlcə onu qeyd edir ki, uzun illərdir rayonda taekvando bölməsinin baş məşqçisi kimi çalışır. Tələbələri dünya, Avropa yarışlarında qalib kürsüsünə çıxır. Hətta  rayonda bu gün müəllim kimi çalışan gənc müəllimlər də məhz onun yetirmələridir.

Rauf Rehimov adlı şəxsin şəkli.

Ancaq dəhşətlisi odur ki, bu gün məşqçinin məşq keçdiyi idman zalı qəzalı vəziyyətdədir. Zalın döşəməsini ot basıb, divarları çatlayıb. İdmançıların valideynləri artıq uşaqlarının həmin zalda məşq etmələrinə icazə vermirlər. Nəticədə zalda tələbələrin sayı günü-gündən azalır.

 

Tapdıq müəllim həmin valideynlərə haqq qazandırır, onların narahatlıqlarını başa düşür: “Valideynlər qorxurlar ki, ya bir gün məşq zamanı dam uçacaq, ya da ot basmış sınıq döşəmədən paslı mismar övladlarının ayaqlarını deşəcək. Ona görə də valideynlər övladlarını məşqə gətirməkdən qəti şəkildə imtina edirlər. Belə olan halda, ya mənə yeni zal verilməlidir, ya da mən məşqçilikdən uzaqlaşmalıyam”.

 

Tapdıq Əkbərovun dediyinə görə, o, tələbələrini itirməmək, daha gözəl şəraitdə məşq keçmək üçün 28 noyabr 2017-ci ildə açılan Ağcabədi Olimpiya İdman Kompleksinin müdiri Eyyub Həsənova müraciət edərək, yer istəyib. Ancaq müdir bildirib ki, kompleksdə taekvando üzrə məşq keçirilməsi üçün yer yoxdur.

 

O, bundan sonra - 2018-ci ilin 7 dekabrında Biləsuvarda vətəndaşlarla görüşü zamanı Gənclər və İdman naziri Azad Rəhimovla görüşüb, ona problem barədə məlumat verib. Azad Rəhimovdan xahiş edib ki, ona Ağcabədi OİK-də taekvando üzrə məşq keçmək üçün şərait y

Müəllif: Təranə Xudabaxşiyeva