Mahir Emreli karyerasını Belçikada davam etdirə bilər

İdman

07.01.2021 - 18:08

Futbolçunun xidmətində maraqlı olan komandaların adları açıqlanmır

 

Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Mahir Emreli karyerasını Belçika çempionatında davam etdirə bilər. AYNA AzərTAC-a istinadən xəbər verir ki, yerli çempionatda çıxış edən bir neçə klub 24 yaşlı hücumçu ilə yaxından maraqlanır.

 

Komandaların adları açıqlanmasa da, hazırda “Vasland-Beveren”, “Zülte-Varagem”, “Standard”, “Sent-Trüden” və “Mexelen” kimi yüksək liqa təmsilçilərinin mərkəz hücumçu axtardıqları bildirilib.

 

Qeyd edək ki, daha əvvəl Türkiyənin “Beşiktaş” klubunun da M.Emrelinin xidmətində maraqlı olduğu ilə bağlı xəbər yayılıb.

Müəllif: Ayna.az