Daniel Levi 26 yaşlı hücumçu ilə ağır maliyyə durumuna görə vidalaşmağa hazırdır
İngiltərə "Tottenhem"i komandanın kapitanı Harri Keyni İngiltərə "Mançester Yunayted"inə 200 milyon funt sterlinqə (424,2 milyon manata) sata bilər.
AYNA "Report"a istinadən xəbər verir ki, London klubunun sahibi Daniel Levi 26 yaşlı hücumçu ilə ağır maliyyə durumuna görə vidalaşmağa hazırdır. Paytaxt təmsilçisində belə vəziyyət dünya futbolundakı koronavirusla əlaqədar məcburi fasilə üzündən yaranıb. Üstəlik, Klubun yeni stadion tikintisinə ödəniş öhdəlikləri də var.
Bu transfer baş tutsa, dünya futbolunda yeni rekord müəyyənləşəcək. Hazırkı rekord 2017-ci ildə İspaniya "Barselona"sından Fransa PSJ-sinə 222 milyon avroya (412,7 milyon manat) keçən Neymara məxsusdur.
Qeyd edək ki, Harri Keyn 2011-ci ildən "Tottenhem"in oyunçusudur. O, iki dəfə İngiltərə Premyer Liqasının və 2018-ci il dünya çempionatının bombardiri olub.