Ronaldo 10 milyon avrodan imtina edib

İdman

22.03.2020 - 23:36

Ulduz oyunçu koronavirus səbəbindən belə addım atıb

 

“Yuventus”un ulduzu Kriştiano Ronaldo maaşının 30 faizindən imtina edib. 

 

AYNA xəbər verir ki, bu barədə məlumatı İtaliya mətbuatı yayıb. Bildirilir ki, ulduz oyunçu koronavirus səbəbindən belə addım atıb.

 

Qeyd edək ki, Ronaldonun “Yuventus”dakı maaşı 30 milyon avrodur. Bu o deməkdir ki, portuqaliyalı superulduz 10 milyon avro güzəştə gedib.

Müəllif: Ayna.az