Messi "İlin ən yaxşı futbolçusu" elan edildi

İdman

24.09.2019 - 03:40

Mükafatlandırılma mərasimi Milanda keçirilib

 

İspaniyanın "Barselona" komandasının argentinalı hücumçusu Lionel Messi FİFA tərəfindən "İlin ən yaxşı futbolçusu" elan edilib.

 

Bu barədə AYNA TASS-a istinadən xəbər verir. Qeyd edilir ki, mükafatlandırılma mərasimi Milanda keçirilib.

 

İlin ən yaxşı futbolçusu adına həmçinin "Yuventus"un portuqaliyalı hücumçu Kriştian Ronaldu və "Liverpul"un müdafiəçisi Vircil van Deyk namizəd olublar.

Müəllif: Ayna.az