Platini azadlıqda

İdman

19.06.2019 - 12:14

Həkimlər Klinikalar SEO Xidməti

UEFA-nın həbs olun sabiq prezidenti azadlığa buraxılıb.

 

AYNA xəbər verir ki, UEFA-nın sabiq prezidenti Mişel Platininin mətbuat katibi onun azadlığa buraxılması ilə bağlı məlumat yayıb.

 

Platini azadlığa çıxdıqdan sonra jurnalistlərin suallarını cavabalndırıb. O, “Polis bölməsində uzun müddət saxlanıldım. Amma mənə yönləndirilən sualları nəzərə alsaq, ən azı bu qədər saxlanıla bilərdim. Mənə 2016-cı ildə Rusiyada keçirilən Dünya Çempionatı, “PSJ” futbol klubu ilə münasibətlərim və FİFA ilə bağlı suallar verildi” - deyə  məsələylə bağlı açıqlama verib.

 

Qeyd edək ki, Mişel Platini 2 il öncə rüşvət ittihamları ilə bağlı izahat vermişdi. 2022-ci ildə keçiriləcək Dünya Çempionatının ABŞ da olması üçün səs verəcəyini bildirən sabiq prezident səs vermə zamanı çempionatın Qətərdə keiçirilməsi üçün səs verib.

 

Bu hadisələrin 2010-cu ildə başladığı deyilir. Fransanın keçmiş prezidenti Nikolas Sarkozi, köməkçisi Klaude Queant, Qətər əmiri və Mişel Platini iddialara görə bir axşam yeməyi vaxtı 2022-ci Dünya Çempionatının Qətərdə keçirilməsi lehinə səs vermə məsələsini müzakirə ediblər.

Müəllif: Ayna.az