Şahmatçılarımız dünya kuboku yarışında heç-heçə ediblər

İdman

19.07.2021 - 07:38

Dünya kubokunun finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaq

 

Rusiyanın Soçi şəhərində Azərbaycan şahmatçılarının da qatıldığı dünya kuboku yarışları davam edir. AYNA xəbər verir ki, bu gün dünya kubokunun üçüncü mərhələsinin ilk partiyaları oynanılıb.

 

Belə ki, otuz ikidəbir finalda kişi şahmatçılarımız — Nicat Abasov rusiyalı Andrey Yesipenko, Vasif Durarbəyli isə çexiyalı David Navara ilə heç-heçə ediblər, Şəhriyar Məmmədyarov isə ermənistanlı Haik Martirosyana məğlub olub.

 

Qadın şahmatçılarımız - Günay Məmmədzadənin iranlı Sarasadat Hademalşarieh, Gülnar Məmmədovanın isə almaniyalı Elizabet Paets ilə on altıdabir finalda oyunları da heç-heçə ilə nəticələnib.

 

Xatırladaq ki, dünya kubokunun finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaq.

Müəllif: Ayna.az