Vüqar Əsədli Maqnus Karlsenə qalib gəlib

İdman

22.03.2020 - 17:09

Gənc şahmatçımız növbəti qələbəsini qazanıb 

 

Dünən Azərbaycanın gənc və perspektivli şahmatçılarından biri hesab olunan Vüqar Əsədli tarixi uğura imza atıb.

 

AYNA xəbər verir ki, Lichess.org şahmat platformasında keçirilən 3+0 vaxt kontrollu "Titled Chess Arena" Blitz turnirində, Əsəsdli hazırki Dünya Çempionu olan norveçli Maqnus Karlsen üzərində qələbə qazandı. Bu tarixi qələbə, dünən 80 illik yubileyini qeyd edən şahmatçının babası üçün gözəl hədiyyə olub.

Müəllif: Ayna.az