II raunda sentyabrın 17-də yekun vurulacaq
Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinə start verilib.
AYNA-nın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
"Proqres" Lüksemburqda Niderlandın "Villem II" komandasına 0:5, "Hammarbü" İsveçdə Polşa "Lex"inə 0:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Farer adaları təmsilçisi "B36 Torshavn" isə evdə Uelsin TNS klubuna qalib gələrək, növbəti raunda vəsiqə qazanıb.
16 sentyabr
UEFA Avropa Liqası
II təsnifat mərhələsi
20:30. "Proqres" (Lüksemburq) - "Villem II" (Niderland) 0:5
Qollar: Vangelis Pavlidis, 21, 34, Görkem Sağlam, 28, Çe Nanneli, 46, Mayk Tresor Ndayişimiye, 65
21:00. "Hammarbü" (İsveç) - "Lex" (Polşa) 0:3
Qollar: Pedro Tiba, 55, Yakub Kaminski, 89, Filip Marxvinski, 90+3
Qırmızı vərəqə: Yeppe Andersen, 63
22:00. "B36 Torshavn" (Farer adaları) - TNS (Uels) 2:2 (ƏLAVƏ VAXT - 1:1, PENALTİLƏRLƏ - 5:4)
Qollar: Mixal Pşıbilski, 47, Din Ebbe, 112 - Leo Smit, 81, Stefan Radosavlyeviç, 120+2
III təsnifat mərhələsində “Villem II” "Linkoln" (Cəbəllütariq) / "Reyncers" (Şotlandiya) cütünün, “Lex” OFI (Yunanıstan) / "Apollon" (Limassol, Kipr) cütünün, B36 isə MOİK (Sofiya, Bolqarıstan) / BATE (Borisov, Belarus) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, Avropa Liqasında II raunda sentyabrın 17-də yekun vurulacaq. Həmin gün "Neftçi" Bakı Olimpiya Stadionunda Türkiyə "Qalatasaray"ı ilə üz-üzə gələcək. Görüş saat 21:00-da start götürəcək.