Məmmədyarov rəqibinə cəmi 7 gedişə qalib gəlib
Rapid və blits şahmat üzrə “Grand Chess Tour” davam edir.
AYNA-nın məlumatına görə, Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan yarışda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün növbəti görüşlərini keçirib.
O, VI tur çərçivəsində 13-cü dünya çempionu Harri Kasparovla qarşılaşıb. Azərbaycan şahmatının yetirməsi olan rəqibi ilə ilk dəfə üz-üzə gələn Məmmədyarov rəqibinə cəmi 7 gedişə qalib gəlib.
Qeyd edək ki, yarış iyulun 12- də bitəcək.