UEFA-nın final matçı bu gün baş tutacaq - <font color=red> İlk dəfə qadın hakim idarə edəcək</font>

İdman

14.08.2019 - 21:18

Bu gün saat 23:00-da İstanbulda UEFA super kubokunun final matçı baş tutacaq. AYNA xəbər verir ki, Vodofon arenada baş tutacaq oyunu Fransalı  qadın hakim Stephanie Frappart idarə edəcək. Frappart, super kubokun finalını idarə edən ilk qadın hakim kimi də tarixə düşəcək.

 

Super kubokun finalında Çempionlar liqasının son qalibi ilə, Avropa liqasının son qalibi qarşılaşacaq. Finalda qalib gələn komanda, həm də bu mövsüm üçün ilk kubokunu qazanmış olacaq.

 

Qeyd edək ki, Çempionlar liqasnı keçən mövsüm Liverpul, Avropa liqasını isə Çelsi qazanmışdı.

 

Müəllif: Ayna.az